Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanıb

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-dən avqustun 7-si saat 23:59-dək internet vasitəsilə aparılacaq.  İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Hər bir abituriyent müxtəlif orta ixtisas təhsili müəssisələrindən təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. 

Əziz Abituriyentlər, sizi Şuşa Humanitar Kollecində 6 ixtisas üzrə qəbul gözləyir. Bunlar aşağıdakılardır:

  • Sosial iş
  • Ailə və ev təhsili
  • Kitabxana işi
  • Aşıq sənəti
  • İnstrumental ifaçılıq (alətlər üzrə)
  • Vokal sənəti (xanəndəlik)

Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 31 iyul – 7 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Hər birinizə uğurlar!

Menyu