Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / 10.06.2026 tarixində Şuşa Humanitar Kollecində “İnsan Hüquqları Aylığı” çərçivəsində iki önəmli tədbir həyata keçirildi.

10.06.2026 tarixində Şuşa Humanitar Kollecində “İnsan Hüquqları Aylığı” çərçivəsində iki önəmli tədbir həyata keçirildi. İlk tədbir “Uşaqlığa son qoymayaq, erkən nikaha YOX! deyək” mövzusunda erkən nikahların zərərlərinə həsr olunmuşdu. İkinci tədbir isə “Bir dəfə yox demək bir ömür qazandırır” adlı, narkomaniya ilə bağlı mövzunu əhatə edirdi.

Tədbirlər zamanı erkən nikahların gənclərin təhsil həyatına və gələcək inkişafına necə ciddi mənfi təsir göstərdiyi, onların şəxsi və sosial həyatlarında hansı problemlərə yol açdığı ətraflı şəkildə müzakirə edildi. Erkən nikahların cəmiyyətdə ailə strukturlarına, həmçinin ümumi ictimai inkişaf proseslərinə vurduğu zərər vurğulandı. Narkomaniya mövzusunda isə bu təhlükəli vərdişin gənclərin sağlamlığına, sosial əlaqələrinə və cəmiyyətə inteqrasiyasına olan fəsadları izah edildi.

Tələbələrlə aparılan tərbiyəvi söhbətlərdə, onların bu iki böyük problemə qarşı həssas olmaları, öz gələcəkləri üçün sağlam seçimlər etmələri əsas məqsəd kimi qeyd olundu. Gənclərin təhsil prosesində qalmasının, cəmiyyətin inkişafında fəal rol almalarının, bu kimi neqativ hallardan uzaq durmalarının əhəmiyyəti önə çəkildi. Tədbirlər gənclərin maariflənməsi və insan hüquqları mövzusunda daha dərin anlayış əldə etməsi üçün faydalı oldu.

Menyu