Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / Bu gün Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Şuşa Humanitar Kollecinin qonağı olub.

Bu gün Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Şuşa Humanitar Kollecinin qonağı olub.

Görüş zamanı tərəflər arasında tanışlıq və qarşılıqlı fikir mübadiləsi aparılıb, təhsil və yaradıcılıq sahələrində birgə əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin gələcəkdə hər iki kollecin birgə layihələr, tədbirlər və müxtəlif istiqamətlər üzrə əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Səmimi və işgüzar şəraitdə keçən görüş qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olub.

Menyu