Gələcəyin peşəsini Şuşa Humanitar Kollecində seç!
Şuşa Humanitar Kolleci müxtəlif istiqamətlər üzrə müasir əmək bazarının tələblərinə uyğun ixtisaslar təqdim edir. Tələbələr burada peşəkar müəllim heyəti, nəzəri biliklərlə yanaşı praktiki bacarıqlar əldə edərək gələcək karyeralarına möhkəm təməl qururlar.
Kollecdə musiqi, incəsənət, humanitar və sosial sahələri əhatə edən ixtisaslar üzrə qəbul həyata keçirilir. Tədris prosesi tələbələrin yaradıcı potensialının üzə çıxarılmasına, peşəkar bilik və bacarıqlarının inkişafına, eləcə də əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına xidmət edir.
İxtisaslarımızla yaxından tanış olun, maraq dairənizə və gələcək hədəflərinizə uyğun seçim edin. Gələcəyinizi peşəkar təhsillə birlikdə qurun!
Ətraflı məlumat üçün Şuşa Humanitar Kollecinin rəsmi internet səhifəsini və sosial media hesablarını izləyə bilərsiniz.
Əlaqə:
(+994 12) 510 26 69
www.shhk.edu.az
info@shhk.edu.az





