Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / ŞUŞA Humanitar Kollecində 2025/2026 tədris ilinin yekun Pedaqoji Şura iclası keçirilib

ŞUŞA Humanitar Kollecində 2025/2026 tədris ilinin yekun Pedaqoji Şura iclası keçirilib

İclası kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Qasımova çıxış edərək iclası açıq elan edib . Direktor çıxışında 2025/2026 tədris ilində kollecdə tədris, tərbiyə, metodik və təşkilati istiqamətlər üzrə görülən işləri yüksək qiymətləndirib, əldə olunan nailiyyətləri qeyd edib. O, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbəyönümlü mühitin formalaşdırılması və kollecin inkişaf strategiyasının uğurla həyata keçirilməsi istiqamətində kollektivin əməyini xüsusi vurğulayıb, qarşıdakı tədris ili üçün prioritet vəzifələri diqqətə çatdırıb.
Daha sonra Pedaqoji Şuranın gündəliyinə uyğun olaraq bir sıra hesabatlar dinlənilib.
Tədris işləri üzrə direktor müavini Azər Səfixanlı 2025/2026 tədris ilinin yekunlarına dair geniş hesabatla çıxış edərək tədris prosesinin təşkili, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verib.
Tərbiyə işləri üzrə direktor müavini Nərmin Hətəmova tədris ili ərzində tərbiyə işinin təşkili, tələbələrin sosial-mənəvi inkişafı istiqamətində həyata keçirilən tədbirlər və onların nəticələri barədə hesabat təqdim edib.
Şöbə müdirləri Ruhiyyə Rzayeva, Kəmalə Əsədova və Mətanət Şiriyeva rəhbərlik etdikləri şöbələrin 2025/2026 tədris ilindəki fəaliyyətini əhatə edən hesabatlarla çıxış edərək görülmüş işlər, əldə olunan nəticələr və perspektiv hədəflər barədə məlumat veriblər.
Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Vəsilə Kocaoğlu yaz imtahan sessiyasının nəticələrini təhlil edərək tələbələrin akademik göstəriciləri və qiymətləndirmə prosesinin yekunları haqqında məruzə edib.
Təcrübə rəhbəri Səbiyyə İsmayılova tədris ili ərzində istehsalat və pedaqoji təcrübələrin təşkili, keçirilməsi və əldə olunan nəticələr barədə hesabat təqdim edib.
Klub işinin təşkilatçısı-metodist Günay Həsənova isə kollecdə klub fəaliyyətinin yekunları, tələbələrin asudə vaxtının səmərəli təşkili və metodik iş sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.
İclas çərçivəsində kollecin yeni hüquqşünası Süleymanlı Elxan kollektivə təqdim olunub. Daha sonra çıxış edən Elxan Süleymanlı ona göstərilən etimada görə təşəkkürünü bildirib, kollecin fəaliyyətində qanunvericiliyin tələblərinə uyğun hüquqi təminatın gücləndirilməsi, əməkdaşlarla səmərəli əməkdaşlıq və hüquqi məsələlərin operativ həlli istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini vurğulayıb.
Çıxışlar ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib. Pedaqoji Şura gündəlikdə duran məsələlər üzrə müvafiq qərarlar qəbul edib.
İclasın sonunda kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Qasımova bütün kollektivə səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirib, növbəti tədris ilində daha yüksək nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib və iştirakçılara uğurlar arzulayıb.

Menyu