Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / Şuşa Humanitar Kollecinin heyəti İsmayıllıya səfər edib

Şuşa Humanitar Kollecinin heyəti İsmayıllıya səfər edib

Səfərin əsas məqsədi kollektiv üzvləri arasında səmərəli ünsiyyətin gücləndirilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, komanda ruhunun möhkəmləndirilməsi, həmçinin əməkdaşlar arasında şəbəkələşmənin təşviq olunması olub.

Səfər çərçivəsində iştirakçılar İsmayıllının zəngin təbiəti və tarixi-mədəni məkanları ilə yaxından tanış olub, müxtəlif komanda fəaliyyətlərində iştirak edərək qarşılıqlı fikir mübadiləsi aparıblar. Bu cür fəaliyyətlər kollektiv üzvləri arasında həm peşəkar, həm də şəxsi münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb.

Belə təşəbbüslər sağlam iş mühitinin formalaşmasına, əməkdaşlar arasında qarşılıqlı etimadın artırılmasına, komanda işinin gücləndirilməsinə və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verir.

Menyu