Şuşa Humanitar Kolleci “Sevimli Səhər” verilişində qonaq olub.
Space TV-də yayımlanan “Sevimli Səhər” verilişində Şuşa Humanitar Kollecinin müəllim və tələbələri çıxış edərək kollecin fəaliyyəti, tədris prosesi, yaradıcılıq mühiti və əldə olunan uğurlar barədə fikirlərini bölüşüblər.
Verilişdə təqdim olunan musiqi nömrələri və səmimi söhbətlər kollecin zəngin yaradıcılıq mühitini tamaşaçılara nümayiş etdirib.
Dəvətə və səmimi qonaqpərvərliyə görə Space TV kollektivinə və “Sevimli Səhər” verilişinin yaradıcı heyətinə təşəkkür edirik.
#ŞuşaHumanitarKolleci #SHK #SpaceTV


