KOLLECİMİZƏ QƏBUL OLUNAN GƏNCLƏRİN DİQQƏTİNƏ!
Qeydiyyat müddəti:
9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.
MÜTLƏQ QEYD: Kollecimizə qəbul olunan hər bir şəxs mygov platforması üzərindən qeydiyyatdan keçməlidir.
Qeydiyyat yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti mygov platformasında istifadəyə verilib.
Dərslərə başlayarkən kollecə təqdim edilməli sənədlər:
1. 11 illik attestatın elektron variantı (və ya əsli)
2. Şəxsiyyət vəsiqəsinin surəti — 3 ədəd
3. 3×4 ölçüdə fotoşəkil — 4 ədəd
4. Sağlamlıq haqqında tibbi arayış
(bəzi kolleclər tərəfindən tələb olunmur)
5. Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün ödəniş qəbzi
6. Güzəştli qəbul olunanlar üçün güzəşti təsdiq edən sənədlər
Bir daha diqqətinizə çatdırırıq: Qəbul olunan hər bir şəxs mygov platforması üzərindən qeydiyyatdan keçməlidir.
Kollecimizə xoş gəlirsiniz !
Sizə tələbəlik həyatınızda uğurlar arzulayırıq!
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi
#kollec #globaltrend #shk #eatda

