Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / Şuşa Humanitar Kollecində 2026–2027-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib.

Şuşa Humanitar Kollecində 2026–2027-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib.

İclasda ilk olaraq çıxış edən kollecin direktoru Mehriban Qasımova gündəlikdə duran məsələləri diqqətə çatdıraraq yeni tədris ilində qarşıda duran əsas vəzifələr və görüləcək işlər barədə məlumat verib.

Daha sonra növbəti tədris ilində kollecdə yeni ixtisasların açılması istiqamətində müvafiq müraciətlər dinlənilib və bu məsələ ətrafında fikir mübadiləsi aparılıb.

İclas zamanı, həmçinin bu ildən tətbiqinə başlanılan elektron diplom sistemi barədə məlumat verilib, tətbiqin ilk ili üzrə görülən işlər və nəticələr pedaqoji heyətin diqqətinə çatdırılıb.

Bununla yanaşı, 2026–2027-ci tədris ili üzrə qəbul plan yerləri, 9 illik təhsil bazasından qəbulun nəticələri, eləcə də hazırda davam edən 11 illik təhsil bazasından qəbul prosesinin gedişatı və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib.

Pedaqoji Şura iclasının sonunda 65 yaşını tamamlayaraq təqaüdə göndərilən müəllimlərə kollecin rəhbərliyi və Həmkarlar İttifaqı tərəfindən uzunillik səmərəli fəaliyyətlərinə görə gül çələngləri və təşəkkürnamələr təqdim olunub.

Sonda kollecin rəhbərliyi tərəfindən yeni tədris ilində bütün pedaqoji heyətə fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və məhsuldar iş arzulayıb.

Menyu