Şuşa Humanitar Kollecinin kollektivinə “Əməkdaşlıq və ünsiyyət bacarıqları” mövzusunda təlim keçirilib.
Şuşa Humanitar Kollecinin dəvəti və ÖNDƏ İctimai Birliyinin təşkilatçılığı ilə kollecin əməkdaşları üçün “Əməkdaşlıq və ünsiyyət bacarıqları” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı iştirakçılara effektiv ünsiyyət, komanda daxilində əməkdaşlıq və qarşılıqlı münasibətlərin düzgün qurulması ilə bağlı faydalı məlumatlar təqdim edilib. İnteraktiv formatda keçirilən təlimdə müəllim və əməkdaşlar müxtəlif praktiki tapşırıqlarda, qrup işlərində və müzakirələrdə fəal iştirak ediblər.
Təlimin sonunda Şuşa Humanitar Kollecinin direktoru Mehriban Qasımova qonaqlara təşəkkürünü bildirib, iştirakçılara isə təlimdə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.
Əməkdaşlıq güclü komandanın, düzgün ünsiyyət isə sağlam iş mühitinin əsasını təşkil edir.





















