Şuşa Humanitar Kollecinin direktoru YAP Şuşa rayon təşkilatının VII konfransında çıxış edib
19 sentyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının VII konfransı keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda Şuşa Humanitar Kollecinin direktoru, fəlsəfə doktoru, dosent Mehriban Qasımova çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolundan, partiyanın fəaliyyətinin əsas istiqamətlərindən və gələcək hədəflərindən bəhs edib. O, YAP-ın bundan sonra da ölkəmizdə həyata keçirilən proseslərdə fəal iştirak edəcəyinə əminliyini ifadə edib.
Konfransda YAP Şuşa rayon təşkilatının hesabat dövründəki fəaliyyəti müzakirə olunub, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Konfransın sonunda YAP Şuşa rayon təşkilatının fəaliyyəti müzakirə edilərək qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Bunu da xüsusi olaraq qeyd etmək istərdik ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ilə əlaqədar nümayəndə heyətinin tərkibinə Şuşa Humanitar Kollecinin YAP sədri Könül Hüseynova da seçilmişdir. Könül Hüseynovanı bu əlamətdar seçim münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.
#şuşahumanitarkolleci #kollec #yap #konfrans





