Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / ŞHK-də yeni tələbələrlə görüş keçirilib.

 ŞHK-də yeni tələbələrlə görüş keçirilib

Şuşa Humanitar Kollecində 2026/2027-ci tədris ili üzrə bütün ixtisaslara qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Görüşdə Kollecin direktoru, fəlsəfə doktoru, dosent Mehriban Qasımova və kollecin bir sıra əməkdaşları iştirak ediblər.

Görüş zamanı yeni tələbə sırasına qoşulan gəncləri salamlayan direktor Mehriban Qasımova tələbəlik həyatının insan ömrünün ən yaddaqalan və mühüm mərhələlərindən biri olduğunu qeyd edib. O, tələbələrə yeni tədris ilində uğurlar arzulayaraq, qarşıdakı illərdə əldə edəcəkləri bilik və təcrübənin onların gələcək həyatında mühüm rol oynayacağını vurğulayıb. Direktor çıxışında gəncləri təhsilə məsuliyyətlə yanaşmağa, öz üzərlərində çalışmağa, yeni biliklər əldə etməyə və kollecin ictimai-mədəni həyatında fəal iştirak etməyə çağırıb.

Daha sonra çıxış edən kollecin əməkdaşları tələbələrə təhsil müddətində qarşılaşa biləcəkləri məsələlərdə hər zaman onların yanında olacaqlarını və lazımi dəstəyi göstərəcəklərini bildiriblər. Tələbələrə kollecin imkanlarından səmərəli yararlanmaq, müəllim və əməkdaşlarla sıx əməkdaşlıq etmək tövsiyə olunub.

Səmimi fikir mübadiləsi şəraitində keçən görüşün sonunda tələbələrlə xatirə fotosu çəkdirilib. 

ŞHK ailəsinə xoş gəlmisiniz! 
Yeni başlanğıcınız uğurlu olsun! 
@eatda_eduaz 

Menyu