Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / “Sülh aylığı” çərçivəsində Şuşa Humanitar Kollecinin tələbələri ilə maarifləndirici tədbir keçirilmişdir.

“Sülh aylığı” çərçivəsində Şuşa Humanitar Kollecinin tələbələri ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi tələbələr arasında sülh, həmrəylik, qarşılıqlı hörmət və tolerantlıq dəyərlərinin təbliği olmuşdur. Tədbir zamanı sülhün cəmiyyətin inkişafında və insanların təhlükəsiz gələcəyində mühüm rolu barədə ətraflı müzakirələr aparılmışdır. Tələbələrə sülh mədəniyyətinin formalaşdırılmasında gənclərin rolu haqqında məlumat verilmişdir. Mövzu ətrafında tələbələrin fikirləri dinlənilmiş və onların müxtəlif baxışları müzakirə olunmuşdur. Tələbələr sülhün yalnız müharibənin olmaması deyil, qarşılıqlı anlaşma, hörmət və əməkdaşlıq mühiti olduğunu qeyd etmişlər. Tədbir çərçivəsində tələbələr tərəfindən sülhə dair fikirlər səsləndirilmiş və müxtəlif nümunələr təqdim edilmişdir. Sonda tələbələr sülhün qorunmasına və cəmiyyətdə müsbət münasibətlərin təşviqinə öz töhfələrini verməyin vacibliyini vurğulamışlar. Tədbir iştirakçıların fəallığı və marağı ilə yadda qalmışdır. Belə maarifləndirici tədbirlərin tələbələr arasında sülh və humanizm dəyərlərinin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd edilmişdir.

Menyu