Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / Şuşa Humanitar Kollecində tələbələrlə görüş keçirilib

Şuşa Humanitar Kollecində tələbələrlə görüş keçirilib

Şuşa Humanitar Kollecinin Musiqi şöbəsi və Humanitar şöbəsində təhsil alan II və III kurs tələbələri ilə kollec rəhbərliyinin görüşü keçirilib.

Görüş zamanı tələbələrin təhsil prosesi, qarşılaşdıqları məsələlər, təklif və təşəbbüsləri dinlənilib, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Rəhbərlik tərəfindən tələbələrin akademik və sosial inkişafının, onların fikir və təkliflərinin daim diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Görüş qarşılıqlı fikir mübadiləsi və səmimi ünsiyyət şəraitində davam edib.

Menyu