Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / “MƏNİM KOLLECİM” — I REELS MÜSABİQƏSİ

“MƏNİM KOLLECİM” — I REELS MÜSABİQƏSİ

Şuşa Humanitar Kollecinin tələbələri, indi sıra sizdədir! 

Kollec həyatını öz gözünüzdən, öz üslubunuzda və yaradıcılığınızla göstərin! 

 “Tələbənin bir günü”
 “Kollecdə bir gün”
“Mənim kollec həyatım”
 Dərslər, müəllimlər, dostlar, ixtisasınız və kollec həyatından maraqlı, əyləncəli anlar…

Fikrinizi və yaradıcılığınızı bir Reels-ə sığdırın, Şuşa Humanitar Kollecini öz baxışınızla tanıdın! 

MÜSABİQƏYƏ QOŞULMAQ ÜÇÜN:

Öz Reels videonuzu hazırlayın;
Reels-in müddəti minimum 40 saniyə, maksimum 2 dəqiqə olmalıdır;
Videonu Instagram və/və ya TikTok hesabınızda paylaşın;
Paylaşımda Şuşa Humanitar Kollecinin rəsmi səhifəsini etiketləyin;
#MənimKollecim #ŞuşaHumanitarKolleci #ŞHKReels #MənimKollecimMüsabiqəsi hashtaglarından istifadə edin;
Sosial media hesabınız açıq olmalıdır;
Hazırladığınız Reels-in paylaşım linkini WhatsApp vasitəsilə 055 869 27 32 nömrəsinə göndərin.

Müsabiqədə fərdi şəkildə yanaşı, qrup olaraq da iştirak edə bilərsiniz! Dostlarınızla və ya qrup yoldaşlarınızla birlikdə kreativ Reels hazırlayaraq müsabiqəyə qoşula bilərsiniz.

QEYD:
Müsabiqənin qaydalarını diqqətlə oxuyun və bütün tələblərə riayət edin. Yalnız müsabiqə qaydalarına tam şəkildə uyğun hazırlanmış və təqdim edilmiş videolar qiymətləndiriləcək.

MÜDDƏTLƏR

Müraciətlərin son tarixi: 23 oktyabr 2026
Qalibin elan olunması: 30 oktyabr 2026

 I yer
 II yer
III yer

Qalibləri dəyərli mükafatlar gözləyir! 

Kadrı sən seç. Hekayəni sən danış. Kolleci sən tanıt!

#MənimKollecim #ŞuşaHumanitarKolleci #ŞHKReels #ŞHKReels2026 #MənimKollecimMüsabiqəsi

Menyu