MÜƏLLİMLƏRİMİZİN UĞURLARI
5 Oktyabr – Müəllimlər Günü ərəfəsində kollektivimizin uğurları ilə qürur duyuruq.
Şuşa Humanitar Kollecinin YAP sədri Könül Hüseynova Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndə seçilərək 2 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində keçirilən qurultayda iştirak edib. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev nitq söyləyib.
Kollecimizin müəllimi İnci Məhərrəmova isə 5 Oktyabr – Müəllimlər Günü münasibətilə Təhsil İşçilərinin Həmrəyliyi Alyansı tərəfindən təltif olunub.
Bu uğurlar kollektivimizin peşəkarlığının, ictimai fəallığının və əməyə olan məsuliyyətinin göstəricisidir.
Könül Hüseynovanı və İnci Məhərrəmovanı təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər, davamlı uğurlar və bol-bol uğur arzulayırıq!
Şuşa Humanitar Kolleci olaraq müəllimlərimizin hər bir uğurunu böyük qürurla paylaşırıq.
