5 Oktyabr – Müəllimlər Günü münasibətilə Şuşa Humanitar Kollecində musiqi ziyafəti
Bu gün Şuşa Humanitar Kollecində 5 Oktyabr – Müəllimlər Günü münasibətilə xüsusi konsert proqramı təşkil olunub.
Xalq çalğı alətlərindən ibarət orkestrin dirijoru, Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçirilən konsertdə kollecin müəllim və tələbələri iştirak ediblər. İştirakçılar bir araya gələrək sözün əsl mənasında əsl musiqi ziyafəti yaşayıblar.
Müəllim adı şərəfli addır. Bu ad bilik verməklə yanaşı, gələcək nəsillərin formalaşmasına, onların dünyagörüşünün və mənəvi dəyərlərinin zənginləşməsinə xidmət edir.
Şuşa Humanitar Kolleci olaraq bütün müəllimlərimizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları və yetişdirdikləri tələbələrin uğurlarından daim qürur duymağı arzulayırıq!
5 Oktyabr – Müəllimlər Gününüz mübarək!
@eatda_eduaz





