8 oktyabr tarixində Şuşa Humanitar Kollecində 2 oktyabr Heydər Əliyev Mərkəzində keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin səsləndirdiyi fikirlər və qarşıya qoyduğu mühüm vəzifələr ətrafında müzakirə keçirilib.
Müzakirə zamanı Prezident İlham Əliyevin nitqində qeyd olunan ölkəmizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, ideoloji təhlükəsizliyin təmin olunması, təhsilin və vətənpərvərliyin əhəmiyyəti, iqtisadi inkişafın davam etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi, eləcə də Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Tədbirdə YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri Könül Hüseynova, Şuşa Humanitar Kollecinin müəllimləri Qasımova Nərmin, İsmayılova Səbiyyə, Vəsilə Kocaoğlu və Səfixanlı Sevinc çıxış edərək Prezident İlham Əliyevin nitqində səsləndirilən fikirlərin əhəmiyyətindən bəhs edib, ölkəmizin inkişafı, dövlətçilik, milli həmrəylik, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ideyalarına bağlılığının gücləndirilməsinin, eləcə də təhsil müəssisələrinin bu istiqamətdə üzərinə düşən vəzifələrin əhəmiyyəti vurğulanıb.
Sonda Şuşa Humanitar Kollecinin tədris işləri üzrə direktor müavini Azər Səfixanlı çıxış edərək bu cür görüş və müzakirələrin kollektiv arasında fikir mübadiləsinin aparılması, aktual məsələlərin müzakirəsi və gənclərin ictimai-siyasi proseslərə dair məlumatlılığının artırılması baxımından əhəmiyyətli olduğunu bildirib. #yap #şhk #kollec









