Şuşa Humanitar Kollecində maarifləndirmə görüşləri keçirilib
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq, bu gün Şuşa Humanitar Kollecinin auditoriyalarında tələbələrlə maarifləndirmə görüşləri keçirilib.
Kollecin Klub işinin təşkilatçı-metodisti Vəsilə Kocaoğlu tərəfindən keçirilən görüşlərdə gənclər arasında zərərli vərdişlərin qarşısının alınması, narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, sağlam həyat tərzinin təbliği və gənclərin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyəti barədə məlumat verilib.
Görüşlərin əsas məqsədi tələbələrdə sağlam həyat tərzinə dair düzgün düşüncə formalaşdırmaq, onları zərərli vərdişlərdən uzaq durmağa təşviq etmək və narkomanlığa qarşı mübarizədə maarifləndirmənin rolunu gücləndirmək olub.
Sağlam gələcək sağlam seçimlərdən başlayır!









