ŞHK-də “Şantaj” əsərinin müzakirəsi keçirilib
Şuşa Humanitar Kollecində Kitabxana işi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə tanınmış yazıçı Elxan Elatlının “Şantaj” əsərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Fənn müəllimi Əliyeva Yeganənin rəhbərliyi ilə təşkil olunan görüşdə əsərin məzmunu, süjet xətti və obrazları ətrafında fikir mübadiləsi aparılıb. Tələbələr əsərlə bağlı düşüncələrini bölüşərək müzakirədə fəal iştirak ediblər.
Bu cür ədəbi görüşlər tələbələrdə mütaliə mədəniyyətinin formalaşmasına, tənqidi düşünmə və fikirlərini sərbəst ifadə etmək bacarıqlarının inkişafına töhfə verir.


